Almaniya İrandan üzr istəməlidir

İran XİN sözçüsü Almaniya dövlət münayəndəsinin Bağdaddakı anti-İran bəyanatlarını pisləy hər şeydən əvvəl ölkəsinin İran və İraqa qarşı keçmiş cinayətlərinə görə üzr istəməsini tələb edib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nasir Kənani  Nasir Kənani çərşənbə günü Almaniyanın xarici işlər naziri Annalena Berbokun çərşənbə axşamı Bağdadda İrana qarşı verdiyi bəyanatlara cavab olaraq, İrana qarşı əsassız ittihamlarla əvəzinə hökumətinin İran və İraq xalqlarına qarşı keçmiş biabırçı davranışına görə üzr istəməsini istəyib.

Nasir Kənani həmçinin Almaniya xarici işlər nazirinin İrana qarşı açıqlamalarını  İran İslam Respublikasına düşmən olan silahlı terrorçulara və separatçılara davamlı dəstəyinin göstəricisi, eləcə də iki qonşu İran və İraq arasında münasibətlərə xələl gətirmək üçün səmərəsiz səylərin davamı kimi dəyərləndirib. 

Xatırladaq ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok İraqın paytaxtına səfəri zamanı İranın İraq sərhədi boyunca terrorçuların mövqelərinə raket zərbələri endirməsinin regional sabitliyi riskə atdığını iddia edib.

Related posts

İran: Müsəlman ölkələrinin Qəzzə müharibəsindəki mövqeyi tarixə yazılır

Qəzzada kütləvi məzarlıqlar…

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO