Alman kansler “əkizini” Amerikada tapdı – FOTO

Almaniya kansleri Olaf Şolts ABŞ-yə səfəri zamanı sürprizlə üzləşib.

Belə ki, o, Vaşinqton danışıqları kuluarlarında özünə çox oxşayan demokrat senator Kris Kunsla qarşılaşıb və bu anı əbədiləşdirmək qərarına gəlib.

Şolts amerikalı senatorla şəklini özünün “X” hesabında paylaşıb.

“Oxşarım Kris Kunsu yenidən görmək çox xoşdur”, – deyə o, paylaşımında bildirib.

Həmçinin Kuns Almaniya kansleri ilə şəklini paylaşaraq “Hansımız kimik?” şərhini edib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi