3000 il əvvələ aid xəzinədə yadplanetli material aşkarlandı – FOTO

İspaniyada 3000 illik xəzinənin içərisində qeyri-adi metal tapılıb. Belə ki, “Villyena dəfinəsi” adlanan xəzinədə aparılan araşdırmalar onun tərkibində yadplanetli material üzə çıxarıb.

Bu barədə “Livescience”də dərc olunan məqalədə bildirilir.

Tədqiqatçıların fikrincə, onlar təxminən 1 milyon il əvvəl Yerə düşən meteoritdə olan dəmirin xüsusiyyətlərinə malikdir.

Qeyd edək ki, 1963-cü ildə İspaniyanın Villyena şəhəri yaxınlığında tunc dövründən qalan 59 qab, çanaq və zinət əşyaları tapılıb. Əşyaların əksəriyyəti qızıl, gümüş, kəhrəba və dəmirdən hazırlansa da, bəzilərinin materialını müəyyən etmək olmayıb, onların tərkibinin qeyri-adiliyi alimləri çaş-baş qoyub.

Bu hadisədən 60 il sonra isə alimlər tərkibi müəyyən edə biliblər. Məlum olub ki, dəmir bilərziklərdən biri və içi boş kürə meteoritdən hazırlanıb.

Related posts

Messi və yoldaşlarının maaşları bəlli olub –

Hindistanda azı şiddətli ildırımlar: Ölənlər var – FOTO

Romada dəbdəbəli mağazalara kütləvi şəkildə boya töküblər – FOTO

1 şərh

Casinobit Fevral 13, 2024 - 8:25 səhər
Add Comment