İslam İnqilabının Aliməqam Rəhbəri borclarını qaytarmaq imkanı olmayan məhbusların əfvi üçün 1.5 milyard tümən vəsait ayırıb.
İRNA-nın məlumatına əsasən, Aliməqam Rəhbər ofisinin mətbuat xidməti “Qolrizan” əfv festivalı ərəfəsində İranın Diyə qərargahına 1.5 milyard tümənin verildiyindən xəbər verib.
“Qolrizan” əfv festivalı İranda 36-cı ildir ki, keçirilir və festivalda məqsəd borc ücbatından həbsə düşən və ödəmə imkanı olmayan məhbusların azadlığı üçün maddi yardımların toplanmasıdır. Bu tədbir hər il mübarək Ramazan ayında rəsmi xəslər və xeyriyyəçilərin təşəbbüsü və yardımı ilə təşkil olunur.