Ərəbistan və Küveyt Tel-Əviv siyasətlərini pislədi

Səudiyyə Ərəbistanı və Küveyt rəsmi olaraq Tel-Əvivin işğal olunmuş Fələstində yeni sionist qəsəbələrinin salınmasına etiraz ediblər.

Fars İnformasiya Agentlyinin məlumatına əsasən, Ərəbistan XİN-i bəyanat yayaraq sionist rejiminişğal olunmuş Fələstin ərazilərində yeni qəsəbələrin salınmasına dair qərarının beynəlxalq qanunlara zidd olduğunu elan edib.

Həmçinin Küveyt xarici işlər nazirliyi də bu xüsusda yayımladığı bəyanatda 2005-ci ildə təxliyyə edilmiş sionistlərin yenidən işğal olunmuş Fələstinə geri dönmələrinə etirazını vurğulanıb.

Bu bəyanatda elədcə də bu qərarın BMT-nin 2334 saylı qətnaməsi başda olmaqla digər qətnamələrə zidd olduğu qeyd edilərək sionist rejimin bu qərardan dönməsini təklif edib.

Related posts

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir

Sionist rejim Livanın cənubuna artilleriya hücumu edib