Bakıda minik avtomobili mikroavtobusa çırpıldı – FOTO

Qaradağ rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Ələt qəsəbəsindən Qobustan rayonu istiqamətinə gedən yolda qeydə alınıb. Hərəkətdə olan minik avtomobili qəfil idarəetməni itirərək mikroavtobusa çırpılıb.

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alanların olması barədə məlumat verilməyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir