65 ilin maşını iki milyona satılır – FOTO

Sentyabrda “Bonhams” auksion evi hərrac keçirəcək.

Satışa nadir BMW 507 rodsteri çıxarılacaq.

1957-ci ildə istehsal olunan avto 22 il sonra qaraja qoyulub. Nəqliyyat vasitəsi son 43 ili məhz burada keçirib. Bu müddət ərzində avtomobilin kuzovu və salonu əvvəlki şövqünü itirib.

Buna baxmayaraq, alman modeli üçün hərrac zamanı 1,8 milyondan 2,2 milyon dollara qədər gəlir əldə etmək planlaşdırılır.

Satıcı avtomobilin yürüş məsafəsini açıqlamayıb.

BMW 507-nin kapotu altında 150 at gücünə malik 3,2 litrlik V8 mühərriki var. O, dörd pilləli mexaniki transmissiya ilə təchiz edilib. Avtomobil saatda 196 kilometrə qədər sürətlənməyə qadirdir.

Qeyd edək ki, 1956-1960-cı illərdə alman şirkəti modelin cəmi 250 nüsxəsini buraxıb. Ona görə də nadir rodster kolleksiyaçılar üçün böyük dəyər kəsb edir.

Related posts

Türkiyədə eşşəkləri evləndirdilər: Toyda nikah məmuru da iştirak etdi – FOTO/VİDEO

1990-cı illərdə radardan itən kosmik zond aşkarlandı

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO