Aİ-nin İran əleyhinə yeni sanksiya paketi

Routers Avropa İttifaqının İran əleyhinə 37 maddəli sanksiya paketindən xəbər verib.

Təsnim İnformasiya Agentliyi xəbər verir: Aİ İran əleyhinə yeni sanksiya paketi barədə razılığa gəliblər. Amma bu paketin detalları barədə məlumat verilmir.

İranda insan haqlarının pozulması və iğtişaşçıların susdurulması bəhanəsi ilə yeni embarqolar təsdiqlənib. Detalları məlum olmayan bu paketin sadəcə bir neçə şəxsə qoyulan sanksiya olduğu məlumdur.

Qeyd edək ki, yanvarın 19-u Avropa İttifaqı SEPAH-ı terrorçu qrup adlandırdıqdan sonra bir neçə maddəli sanksiya qətnaməsi təsdiqləyib.

Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Cozef Borrel bu gün AP qərarının pərdə arxasındakı “təhlükəli sirr”ini ifşa edərək deyib ki, bu məsələ məhkəməsiz, ilk növbədə məhkəmə qərarı olmadan həll edilə bilməz. Siz deyə bilməzsiniz ki, “sizdən xoşum gəlmədiyim üçün mən sizi terrorçu hesab edirəm”.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?