AĞIR YOL QƏZASI: ölən və yaralananlar var – FOTO

Gəncə-Ağstafa xətt marşurutu üzrə sərnişindaşımanı həyata keçirən “Mercedes” markalı mikroavtobusla yük avtomobili toqquşub.

Bakı-Qazax magistralında baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 4-ə çatıb.
Hadisə yerinə Ağstafa rayonundan 2, Qazax rayonundan 1, 113-Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə 1 “təcili yardım” avtomobili cəlb olunub.
İlkin məlumatlara görə, yol qəzasında xəsarət alanlardan 3-ü Ağstafa, 1-i isə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bundan başqa hadisə zamanı ölən 1 nəfərin meyiti Səhiyyə Nazirliyinin Məhkəmən Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Related posts

Gecəyarısı avtoxuliqanlıq edib, şəhəri bir-birinə qatdılar – ANBAAN VİDEO

Şahin Mustafayev və İran səfiri arasında görüş olub

Avtomobili səkidə idarə edən sürücü həbs olundu – VİDEO