Aeroportda bağlamadan insan kəllələri çıxdı – FOTO

Meksikanın Keretaro şəhərində beynəlxalq hava limanında bağlamada dörd insan kəlləsi tapılıb.

Bu barədə Meksika Milli Qvardiyasının “Twitter” hesabında deyilir.

Bağlama kuryer şirkətləri tərəfindən göndərilən mallara rentgen baxışı zamanı aşkar edilib. Müxtəlif ölçülü kəllələr şəffaf plastik torba və alüminium folqa ilə bükülü olub. Bağlamanın içində onlarla bağlı heç bir sənəd tapılmayıb.

Yerli KİV-in məlumatına görə, insan qalıqları Miçoakan ştatının Apasinqan şəhərindən gətirilib. Paket ABŞ-nin Cənubi Karolina ştatından olan alıcı üçün nəzərdə tutulub.

Hüquq-mühafizə orqanları istintaq üçün kəllə sümüklərini müsadirə ediblər.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi