Admiral Əlirza Təngsiri: Sepah və ordu Fars körfəzində düşmənin hər bir addımını izləyir

Qafqaztimes KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Əlirza Təngsiri, Fars Körfəzi və Makran sahillərinə dair Milli Konfransda çıxış edərkən deyib: “Sepah və İran İslam Respublikasının ordusu, düşmənin hər bir addımını və Fars körfəzi sularına daxil olan bütün gəmiləri böyük əzmkarlıq və iqtidarla izləyir və kontrol edir.”

Təngsiri sözünün davamında belə qeyd edib: “Bu gün Fars körfəzinə daxil olan hər bir gəmi giriş zolağına nəzarət qanununa istinadən Hörmüz boğazında kontrol olunur və bu gəmilər özlərini təqdim etmək məcburiyyətindədirlər.”

Sepahın Hərbi Dəniz Qüvvələrinin komandanı İranın Fars Körfəzi və Makranın geosiyasi və strateji bölgəsindəki əhəmiyyətini və mühüm rolunu nəzərə alaraq belə əlavə edib: “İslam Respublikasının bu məntəqədəki fəaliyyəti təkcə hərbi sahədə deyil, həm də milli və beynəlxalq arenalarda, müxtəlif iqtisadi, siyasi və hətta mədəni sahələrdədir.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri