Abşeronda yanğın, sakinlər təxliyə edildilər – FOTO

Xırdalan şəhərində çoxmərtəbəli binanın zirzəmisində transformator yanıb.

Hadisə Heydər Əliyev prospektindəki yeni tikilidə baş verib.

Yaşayış kompleksini elektrik enerjisi ilə təmin edən transformartor əvvəlcə tüstüləyib.

Daha sonra cərayan mənbəyi alovlanmağa başlayıb.

Alovun ətrafa keçməsinin qarşısını alınmaq üçün dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Binaya elektrik enerjisinin verilişi dayandırılıb.

Təhlükəsizlik məqsədilə sakinlər təxliyə ediliblər.

Hazırda elektrik enerjisinin verilişinin bərpa edilməsi istiqamətində işlər aparılır.

Related posts

İcra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI – FOTO

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO