ABŞ senatoru: Fələstinli uşaqların öldürülməsi İsrailin təhlükəsizliyinə zəmanət verməyəcəkdir

Qafqaztimes xəbər verir ki, ABŞ-ın demokrat senatoru Kris Marfi cümə axşamı İsrailin Qəzza zolağına hücumlarını qınayaraq işğal altındakı Fələstində davamlı atəşkəs çağırışı edib.

Marfi bir virtual konfransda, işğal olunmuş Fələstin bölgələrindəki hər iki tərəfin son hadisələrdə təqsirkar olduğunu iddia edərək belə əlavə edib: “Bu hadisələrin qığılcımı Fələstinlilərin deportasiyası və Benyamin Netanyahu kampaniyasının gələcəkdə Fələstinlilər üçün bir dövlət yaratmaq imkanlarını yox etməsi oldu.”  

ABŞ senator əlavə edib: “Bu gərginliyin artmasında ABŞ-ın da rolu vardır. Donald Tramp, ABŞ-ın sülh planındakı vasitəçi rolunu faktiki olaraq rədd etdi və bu, iki tərəfin bir-birindən getdikcə daha da uzaqlaşmasına səbəb oldu. Hazırda bütün diqqətlər atəşkəs məsələsinə yönəlməlidir. Həmas raket hücumlarını dayandırmalı və İsrail də quru qoşunları yeritmək variantını masa üzərindən qaldırmalıdır. İsrail Qəzzanı məhv etmək gücünə sahibdir, ancaq uşaqları öldürmək onun təhlükəsizliyinə zəmanət verməyəcək və əksinə şiddəti daha da artıracaqdır.”

Related posts

İsrail generalı: İsrail ordusu Qəzzəyə nəzarət edə bilmir/Həmas yeni 3000 gənc döyüşçü cəlb edib

Yəmənin atdığı raket hədəfə çatmamış 20 nəfər yaralandı – video

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq