ABŞ polisi 900 nəfər tələbə və çüəllimi həbs edib

Vaşinqton Post qəzeti Amerika polisinin ötən 10 gün ərzində 900 müəllim və tələbə etirazçısının həbs edilməsindən xəbər verib.

İRNA-nın məlumatına əsasən, ABŞ polisi ali təhsil mərkəzlərində sionist rejimin Qəzzə müharibəsində törətdiyi cinayətlərə etiraz olaraq keçirilən aksiyaları susdurmaq üçün ötən 10 gün ərzində 900 nəfəri həbs edib.

Vaşinqton Postum məlumatına görə Amerikanın “Yaşıllar” Partiyasının sədri və prezident seçkilərinə namizəd Cil Stayn da həbs edilib.

Qeyd edək ki, Amerika Kolumbiya universitetində Fələstin müqavimətinə dəstək hərəkatının İsrail əleyhinə keçirdiyi etiraz aksiyaları daha da şiddətlənib və etirazçılar İsrail aparteid rejimi ilə ticarət əlaqələri olan şirkətlərin fəaliyyətinin dayandırılmasını tələb edirlər.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı