ABŞ Özbəkistan və Tacikistanda hərbi baza yaratmaq fikrindədir

Qafqaztimes xəbər verir ki, Sputnik-in məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü, qoşunların Əfqanıstandan çəkilməsindən sonra ABŞ-ın Özbəkistan və Tacikistanla hərbi əməkdaşlıq ehtimalını istisna etməyib.

Can Keri bir mətbuat konfransında ABŞ-ın Özbəkistan və Tacikistanda hərbi baza yaratmaq planı barədə suala cavab olaraq deyib: “Dövlət Departamentindəki həmkarlarımızın köməyi ilə, bu ölkələrlə əlaqə qururuq və orada mümkün olan imkanları müəyyənləşdirməyə çalışırıq.”

Pentaqon sözçüsü, bu barədə açıqlama verməyi adı çəkilən ölkələrə həvalə edərək belə əlavə edib: “ABŞ Əfqanıstanla həmsərhəd digər ölkələrlə məsləhətləşmələrə davam edəcəkdir.”

Xarici qoşunların Əfqanıstandan 11 sentyabrdan öncə çıxması planlaşdırılır. ABŞ Prezidenti Co Bayden, bundan əvvəl ABŞ hərbiçilərinin Əfqanıstandan geri çəkilməsinə baxmayaraq, Vaşinqtonun bu ölkəni tamamilə tərk etmək niyyətində olmadığını bildirmişdi. Bu açıqlamalar Taliban da daxil olmaqla Kabildəki müxtəlif qrupların reaksiyalarına səbəb olmuşdu.

Related posts

Demo+terror+kratiya

Rusiya və ABŞ arasında oyunun sonu

Qəzza Qəssabı dünyanı xilas edəcək?