ABŞ nasizm və irqçiliyi pisləyən qətnamənin əleyhinə səs verdi

Qafqaztimes xəbər verir ki, BMT Baş Assambleyası cümə axşamı Rusiya və 30-dan çox başqa ölkə tərəfindən nasizmi, neonasizmi və irqçiliyin bütün formalarını pisləmək üçün təklif etdiyi qətnaməni qəbul etdi, lakin ABŞ və Ukrayna bu qətnamənin əleyhinə səs verən yeganə ölkələr oldu.

“Russia Today” qəzetinin yazdığına görə, qeyd olunan qətnamə 130 ölkə lehinə, ikisi əleyhinə, 49-u isə bitərəf olmaqla təsdiqlənib. Qətnamə üzrə səsvermədə bitərəf qalan ölkələr əsasən ABŞ-la müttəfiq ölkələr olub.

Rusiyanın BMT-dəki nümayəndəsi “Twitter” səhifəsində yazıb: “BMT Baş Assambleyası nasizm, neonasizmlə mübarizə və irqi ayrı-seçkiliyin, ksenofobiyanın və doqmatizmin yeni formalarına yol açan digər cərəyanlarla ilə mübarizəyə dair Rusiyanın qətnaməsini 130 lehinə, 2 əleyhinə və 49 bitərəf səslə qəbul edib.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur