ABŞ konqresmeni: Əl-Cəzirə müxbiri Amerika pulu ilə öldürüldü

QafqazTimes xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü İskəndəriyya Okasio Kurtz cümə günü deyib: “Fələstinli jurnalist Şirin Əbu Ailənin qətlə yetirilməsi Amerikanın sionist rejimə göndərdiyi vergi pullarının hesabına baş verdi.”

Jerusalem Post qəzetinin yazdığına görə, ABŞ qanunvericisi videomüraciətində deyib: “Fikrimcə, Fələstində Şirin Əbu Ailənin başına gələnlərə diqqət yetirmək həqiqətən çox mühümdür. Peşəkar jurnalist və ABŞ vətəndaşı İsrail qüvvələri tərəfindən öldürülüb. Biz imkan verməməliyik ki, bizim maliyyə resurslarımız belə zülmlərə səbəb olsun.”

Kurtz həmçinin əlavə edib: “Bizim verdiyimiz dollarlar da bu cinayətin bir hissəsidir. Biz ABŞ-da müalicə xərclərini ödəyə bilmirik və eyni zamanda bu cür hərəkətləri (sionist cinayətləri) maliyyələşdiririk.”

Related posts

Siyasi qumarbazlar

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur