ABŞ Konqresinin müsəlman üzvü sionistlərin Məscidül-Əqsaya hücumunu vəhşilik adlandırıb

QafqazTimes xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının üzvü İlhan Ömər İsrailin işğal altındakı Qüdsdə və İordan çayının qərb sahilinin digər bölgələrində fələstinlilərə qarşı hərbi zorakılığına sərt reaksiya verib.

ABŞ Konqresində sionist rejimin əsas tənqidçilərindən olan İlhan Ömər sionist hərbçilərin Fələstin müsəlmanları ilə rəftarını əks etdirən videonu paylaşaraq özünün Tvitter hesabında yazıb: “Bu, dəhşətlidir. Ramazan sülh və düşüncə ayıdır. İnsanların müqəddəs bildiyi ibadət yerlərinə hücum etmək açıq-aşkar yanlışlıq və qəddarlıqdır. Biz bu vəhşiliyi pisləməli və buna son qoymalıyıq.”

Sionist ordusu cümə günü Məscidül-Əqsanın həyətlərində talmud ayinlərini yerinə yetirən sionist mühacirlərin dəstəyi ilə sübh namazı üçün Məscidül-Əqsaya gələn fələstinlilərə hücum edərək 300 nəfərdən çox fələstinli həbs edib, 152-dən çox şəxsi isə yaralayıblar.

Rejim təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsa məscidinin həyətlərində fələstinli ibadətçilərə qarşı zorakılığı əks etdirən görüntülərin yayılması bütün dünyada reaksiya dalğasına səbəb olub.

Related posts

Qırmızı dənizdə Amerika qırıcısı səhvən vuruldu

Ayətullah Xamenei: İslam Respublikasının təmsilçi qüvvəyə ehtiyacı yoxdur

Demo+terror+kratiya