Miller həmçinin deyib: Co Baydenin hakimiyyətə gəldiyi ilk andan bu məsələ üzərində işləyir. Amma ötən hakimiyyətlə müqayisədə əvvəllər daha kontrollu vəziyyətdə idi.
Qeyd edək ki, bundan əvvəl də ABŞ konqresmenlərinin bir neçəsi Rusiyaya hərbi yardım, daxili müxalifətin repressiyaları və İranın yardımçı qruplarının regiondakı Amerika hədəflərinə hücumları ilə bağlı Tehrana hər hansı güzəştin verilməsinin əleyhinə olduqlarını elan etmişdi.
“Co Bayden hökuməti İranın nüvə fəaliyyətini məhdudlaşdırmaqla Yaxın Şərqdə silahlanma yarışının genişlənməsinin və İsrailin hərbi əməliyyatlarının mümkünlüyünün qarşısını almağa ümid edir. ABŞ və Avropa Birliyi ötən ilin yayında Tehranla Vaşinqton arasında dolayısı danışıqların nəticəsiz qalmasından sonra İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq yollarını axtarır. Qərb dövlətlərinin Tehranla dialoqu bərpa etməyə hazır olması onların İranın nüvə proqramlarının irəliləyişindən narahatlığının əlamətidir”, – xəbəri yayılmışdı.