ABŞ, İngiltərə və bəzi AB ölkələri müqəddəslərə ehtiramsızlığı qəbul edir

ABŞ, İngiltərə və bəzi AB ölkələri BMT TŞ-nin Cenevrədəki fövəqəladə iclasında “Qurana hörmətsizliyin pislənilməsinin dini nifrət oyadan bir rəftar olması” məsələsi ilə müxalif rəylər veriblər.

Əl Aləm telekanalının məlumatına əsasən,  İslami Əməkdaşlıq Təşkilatı dünən (11 iyul) bütün ölkələri “Qurana hörmətsizliyin pislənilməsinin dini nifrət oyadan bir rəftar olması” haqda bəyanat vermələrini təklif edib. Amma Amerika, İngiltərə və bir sıra Avropa ölkələri bu bəyanatın ilkin mətni ilə müxalif rəylər elan ediblər.

Məlumata görə bu gün (12 iyul) BMT-nin İnsan Haqları Şurası İƏT-in təklifi ilə əlaqədar qətnamənin qəbul edilməsi haqda müzakirələrini davam etdirəcək.

Qeyd edək ki, dünənki iclasda islami və qeyri-islami ölkələr daxil olmaqla dünyanın 70 ölkəsi Quran və diər müqəddəs kitablara hörmətsizliyi pisləyən rəylər verib.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib