Əl Husi: Yəmənə vurulan ziyanların təzminatı verilsin

Yəmən ali siyasi şurasının üzvü təcavüzkar ölkələrin ölkəsinə verdiyi xəsarətlərdə BMT-ni təqsirləndirərək təzminat ödənilməsini tələb edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Məhəmməd Əli Əl Husi tweeter hesabında yazıb: Təhlükəsizlik Şurası həmişə olduğu kimi kiberməkan şayiələri əsasında müxalif rəylər verir və yəmənlilərin real problemlərindən uzaqdadır.

Əl Husi daha sonra deyib: Bu problemlərin həlli üçün ən yaxşı çıxış yolu təcavüzkar koalisiya rəhbərlərinin öz öhdəliklərinə uyğun rəftar etməsinə məcburiyyət qoymaq, yəmənli iş qüvvələrinin tam əməkhaqqlarının ödənilməsi və ölkə vətəndaşlarının məişət ehtiyaclarının nağd verilməsidir.

Əl Husi sonda deyib: BMT yəmənlilərə dəyən xəsarətlər zəminində korrupsiya hallarından əl çəkməlidir.

Related posts

BMT baş katibi: Qəzzadakı müharibə – açıq yaradır

Kuba: İsrailin Rəfəhə hücumu fələstinlilərin soyqırım sayını artırır

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı