ABŞ-ın İraqın Həşdi Şabi mövqelərinə etdiyi son hücuma ağır cavab verildi

Qafqaztimes xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ qüvvələrinin üç gün əvvəlki hücumuna cavab olaraq pilotsuz təyyarələr ABŞ-ın Ərbil bazasını vurmuşlar. Həşdi Şabi bu barədə şərh verməkdən imtina etsə də, müşahidəçilər bu hücumun ABŞ-ın İraq-Suriya sərhədindəki son hərbi əməliyyatına cavab olaraq həyata keçirildiyini düşünürlər.

Məlumata görə bu əməliyyat zamanı iki yüksək rütbəli hərbi məmur həlak olmuşdur. Bu şəxslərin ölümü ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğuna ağır zərbə oldu. ABŞ mediası hələki bu tələfatı işıqlandırmayıb. Amerika cəmiyyətində ABŞ ordusunun bölgədəki hərbi fəaliyyətindən narazılığı nəzərə alsaq, bu hadisə ABŞ və İsrail daxilində kəskin reaksiya və ictimai narazılığa səbəb ola bilər.

ABŞ hökumətinin media kampaniyaları, həmçinin bundan öncəki əməliyyatlarda həlak olan polkovnik-leytenant Ceyms C. Villisin ölümü ilə əlaqədar şübhə doğuran məqamları da işıqlandırmağa başlamışlar. Qeyd edək ki, bundan əvvəl təbii ölümlə vəfat etməsi C. Viilisin ölüm səbəbi kimi qeyd olunmuşdu. Təsdiqlənməmiş xəbərlər göstərir ki, prezident C. Bayden şəxsən Həşdi Şabi əməliyyatları və yüksək rütbəli ABŞ zabitinin ölümü barədə təhqiqat aparılmasını istəyib.

Hökumət ayrıca Konqres üzvlərini də ABŞ-ın İraq və Suriyadakı əməliyyatlarının nəticələrindən xəbərsiz saxlayıb. Bu hücum xəbərlərinin gizlin saxlanılması bu məsələnin ABŞ-ın milli təhlükəsizliyi və Orta Şərq siyasətindəki həssaslığını əks etdirir.

Amerikalılarla İraq müqavimət qrupları arasında baş verən bu toqquşmalar, ABŞ-ın bölgədən qüvvələrini çıxarması üçün ona olunan təzyiqlərlə bir vaxta təsadüf edir. Orta Şərqdə aparılan iyirmi illik müharibənin ABŞ büdcəsinə vurduğu milyardlarla dollarlıq ziyan və ABŞ qüvvələrinə qarşı hücumların artmasından dolayı ABŞ ordusunun itki sayının artması isə ölkə daxilində insanların ciddi narazılığına səbəb olmuşdur.

Digər tərəfdən, işğal altında olan ölkələrdə yaşayan xalqlar da ABŞ-ın İraq və Suriyadakı hərbi fəaliyyətlərinə etiraz edirlər. Bölgə xalqlarının ABŞ ordusunun dərhal geri çəkilməsi barədə tələbləri bu ölkələrin parlamentlərində Amerika qoşunlarını ölkəni tərk etməyə məcbur edəcək qanunların qəbul edilməsinə səbəb oldu. Baydenin İraq və Suriyadakı siyasəti isə son altı ayda hərbi vəziyyəti daha da pisləşdirib. Bundan sonra isə yüksək rütbəli polkovnikin ölümü də daha çox gərginliyə səbəb ola bilər.

Related posts

Yəhudilər qaçır!

Qəzza…

Dünyanı kim qarışdırır?