ABŞ-ın İraqdakı hərbi bazasına növbəti raket hücumu

Qafqaztimes xəbər verir ki, İraq mediası, Bağdadın şimalındakı Bələd Hava Bazası yaxınlığında Amerikalı Sally Port şirkətinin ofisinə raket hücumu edildiyini bildirmişlər.

Əl-Sumaria Xəbər Agentliyinin verdiyi məlumata görə, Bağdadın şimalındakı Bələd Hava Bazası yaxınlığındakı bölgə bir neçə dəqiqə əvvəl raket hücumlarına məruz qalıb. Sabirin News telegram Kanalı, ABŞ hərbi bazasına atılan raket sayının 10 olduğunu və bu raketlərdən 9-nun hədəfə dəydiyini, bir raketin isə bazanın xaricinə düşdüyünü söyləyib.

Bu mənbə bu hücumu ABŞ-ın İraqdakı hərbi bazasına son bir ildə edilən ən ağır hücum adlandırılmış və ABŞ hərbiçilərinin bazanı bağladıqlarını və həyacan siqnalının hələ də eşidildiyini bildirmişdir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir

İmam Xamenei: Nüvə və insan haqları bəhanədir / Amerika İslam Respublikasının imkanlarından narahatdır