ABŞ Fars Körfəzində bir ticarət gəmisinin saxlandığını iddia edir

ABŞ dəniz qüvvələrinin mətbuat katibi dünən axşam (6 iyul) bir bəyanatla Fars Körfəzində bir ticarət gəmisinin İran tərəfindən saxlandığını iddia edib.

Əl Aləm telekanalının məlumatına əsasən, iddia olunan ticarət gəmisi ehtimal üzrə qaçaqmalçılıq zəminində saxlanıb.

ABŞ dəniz qüvvələri rəsmisi Tim Havkinz deyib: ABŞ dəniz qüvvələri bu məsələni araşdırmaq üçün tədqiqata başlayıb.

Onun sözlərinə görə rəsmi cavab vermək üçün dəyərləndirmələr kifayət həddə deyil.

İRNA-nın məlumatına görə çərənbə günü Amerika Hormoz Boğazında bir neft gəmisinin saxlamaq cəhdində atəş açması ilə İrana ittihamlı mesajlar göndərib. Bu iddianın ardınca Amerikanın bir hərbi rəsmisi Hormoz Boğazında neft gəmisinə İranın atəş açması məsələsini təkzib edib.

Related posts

Bayden Yəməndəki fövqəladə vəziyyəti 1 il uzatdı

Hizbullah sionist rejim kəşfiyyat təchizatını məhv etdi

İraq İslami Müqaviməti sionist rejim limanına hücum etdi