ABŞ dövlət katibi Laçın dəhlizinin açılmasını istəyir

ABŞ dövlət katibi humanitar yardımların daşınması və bir sıra böhranın aradan qaldırılmsı üçün Laçın dəhlizinin açılmasının zərurətini vurğulayıb.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Entoni Blinken X sosial media hesabında  yazıb: İrəliyə doğru yeganə yol sülh, dialoq və bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasıdır. Qarabağla qovuşan Laçın dəhlizi tezliklə açılmalıdır.

Qeyd edək ki, Azərbaycan Respublikası dövləti, rusiyalı sülhməramlıların nəzarəti altında erməni separatçılar tərəfindən idarə olunan Xankəndi və onun ətraf ərazilərinə Ermənistandan silah-sursatın daşındığını bildirərək, Laçın dəhlizindən gediş-gəlişə nəzarət edir. Bu təşəbbüs ABŞ və Avropa ölkələrini kəskin narahat edib. Onlar rəsmi Bakıdan Ermənistanla Xankəndi arasında hərhansı nəqliyyatın nəzarətsiz həyata keçirilməsini tələb edirlər. Azərbaycan alternativ olaraq Ağdam-Xankəndi yolunu təklif etsə də, separatçılar və Ermənistan bu yoldan istifadə etməkdən çəkinirlər.

Related posts

Ağ Ev: Qəzzədə atəşkəs mümkündür

İraq müqaviməti yenə sionist rejimin mövqelərini hədəfə aldı

ABŞ: İsrailin Rəfəhə hücumu Həması məğlub etməyəcək