ABŞ-da xaos: Şerifin müavini patrul avtomobilində öldürülüb

ABŞ-ın Kaliforniya ştatında Los-Anceles dairəsi şerifinin müavini şəxsi patrul avtomobilində naməlum şəxs tərəfindən güllələnərək öldürülüb.

Bu barədə CNN məlumat yayıb.

Məlumata görə, 30 yaşlı Rayan Klinkanbrumer Los-Ancelesdən 95 km şimalda yerləşən Palmdaeyldəki şerif dairəsinin yaxınlığında huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə gələn təcili yardım briqadası onun öldüyünü bildirib. Hazırda atəş açan şəxsin kimliyi müəyyənləşdirilir.

Los-Anceles dairəsinin şerifi Robert Lunanın CNN-ə verdiyi məlumata görə, atəş çox güman ki, qəsdən olub.

Related posts

Gürcüstan parlamentində əlbəyaxa dava düşdü – VİDEO

UFC ulduzu nokautla tanınmaz hala düşdü: Xəstəxanadan son vəziyyətini paylaşdı – FOTO

Fırtınada onlarla insan aşan reklam lövhəsinin altında qaldı – VİDEO