ABŞ-da şagird müəllimini güllələdi – FOTO/VİDEO

ABŞ-nin Virciniya ştatında ibtidai məktəbdə altı yaşlı uşaq müəllimini güllələyib.

Bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları xəbər verib.

Bildirilir ki, hadisə uşaqla müəllim arasında yaranan mübahisədən sonra baş verib, uşaq müəlliminə atəş açıb. 

Qadın qarnından yaralanıb. O, xəstəxanaya çatdırılıb. Həkimlər müəllimin vəziyyətini ağır olaraq qiymətləndiriblər.

Hazırda azyaşlının silahı haradan əldə etdiyi araşdırılır.

Related posts

Yaponiyada bir çantaya görə 180-ə yaxın qatarın hərəkəti ləğv edilib – FOTO

Rusiyada şəhərində “hava döyüşü”: “Rədd ol, Ermənistana get!” – VİDEO

Fironların istirahət etdikləri yer aşkar edilib – FOTO