ABŞ-da pozğunluq hüquq sistemini də dağıdır: Tarixdə edam cəzasında ilk – FOTO

Judge wooden mallet - symbol of law and justice with lgbt rainbow colours flag. Lgbt rights and law

ABŞ-da ilk dəfə cinsi azğınlığın nümayəndəsi olan transgenderi ölüm cəzası gözləyir.

Missuri ştatından 49 yaşlı Ember Maklaflinə verilən hökmün icrası bu günə təyin olunub.

Maklaflin 2003-cü ildə Missuri ştatında keçmiş sevgilisini öldürüb və təcavüz edib. Həmin vaxt o, hələ cinsiyyətini dəyişməmişdi.

Birinci dərəcəli qətlə görə məhkum edilən qatil 2006-cı ildə həbsxanada cinsiyyətini dəyişib.

Emberin müdafiəçiləri onun cinayətini çətin və travmatik uşaqlıq dövrü, ciddi psixi sağlamlıq problemləri ilə əsaslandırmağa çalışaraq haqq qazandırmaq istəyirlər. Həmçinin məhkəmə LGBT icmasını damğalamaqda ittiham olunub.

Fəallar və bəzi senatorlar da qatilin əfv olunmasını istəyirlər.

Qeyd edək ki, qanunvericiliyə əsasən, Maklaflin edamını yalnız Missuri qubernatoru ləğv edə bilər.

Related posts

Laricani: Livan müqavimətinin hər bir qərarını dəstəkləyirik

Rafael Qrossi Fordo və Nətənzdə

İsrail dünyada sülh üçün 1 nömrəli təhlükədir!