ABŞ-da gülləbaran: Komendant saatı tətbiq edildi – FOTO

Şimali Karolinada (ABŞ) elektrik yarımstansiyalarına hücuma görə komendant saatı tətbiq edib.

Belə ki, dekabrın 4-də naməlum şəxslər “Duke Energy” şirkətinin iki elektrik yarımstansiyasına atəş açıb, elektrik verilişində fasilələr yaranıb. Kommunal xidmətin işçiləri səhər işə gələndə qapıların sındırıldığını görüblər, həmçinin avadanlıqlarda güllə izləri aşkar olunub.

Hökumət nümayəndələri bunun planlı və məqsədyönlü hücum olduğunu ehtimal edirlər, ancaq motivin nə olduğunu bilmədiklərini deyiblər.

Nəticədə Mur qraflığının sakinlərinin təxminən 64%-i işıqsız qalıb.

FTB bununla bağlı araşdırmalara başlayıb.

Jurnalistlər Şimali Karolinanın mərkəzi bölgəsinin sakinlərinin soyuq havada bir neçə günü işıqsız keçirməyə məcbur olduqlarını vurğulayıblar.

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Dubayda qeyri-adi sərgi: Əl işləri animasiyaya çevrildi – VİDEO

Gürcüstan parlamentində deputatlar arasında dava düşdü – VİDEO