ABŞ-da bir milyondan çox insan işıqsız qaldı – FOTO

ABŞ-ın şərq sahillərini vuran şiddətli fırtına bir milyondan çox insanı işıqsız qoyub.

Bunu “PowerOutage” monitorinq resursunun məlumatları sübut edir.

Fırtına Missisipidən Nyu-Yorka qədər bir neçə ştata təsir edib. Güclü külək elektrik xətlərini sıradan çıxarıb, bəzi ştatlarda daşqınlar baş verib. Ən çox elektrik kəsilməsi Şimali Karolina, Pensilvaniya, Merilend və Corciya ştatlarında qeydə alınıb.

Corciya ştatında azı bir nəfər həyatını itirib. Tennessi ştatında güclü külək evlərin damlarını qoparıb.

Fırtına səbəbindən Nyu-York, Nyu-Cersi, Pensilvaniya ştatlarında, eləcə də Kolumbiya bölgəsində bir neçə hava limanının fəaliyyəti dayandırılıb.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi