ABŞ-da 14 yaşlı pişik işə götürüldü – FOTO

14 yaşlı pişik San-Fransisko hava limanında terapevtik heyvan komandasına qoşulub.

Aeroportun donuz “LiLu” və dovşan “Böyük Aleks” terapevtik heyvanlar qrupuna qatılan “Dyuk Ellington Morris” adlı ağ-qara pişik hava limanına gələnlərə uçuşlarla bağlı stresi aradan qaldırmağa kömək edəcək.

14 yaşlı pişik bir vaxtlar evsiz olub: xilasedicilər onu San-Fransisko küçələrindən birində ac vəziyyətdə tapıblar və heyvan sığınacağına göndəriblər. Orada 5 yaşlı qız onu görüb və valideynlərini pişiyi evə aparmağa razı salıb. Heyvan caz musiqiçisi Dyuk Ellinqtonun adını daşıyır.

Pişiyin sakit və mehriban təbiətinə heyran qalan sahibləri onu “Terapiya Heyvanı” kimi sertifikatlaşdırıblar. Bundan sonra “Dyuk” 10 il zooterapevt olaraq xidmət göstərib – şəhərdəki xəstəxanalarda pasiyentlərə baş çəkərək çətin anlarda onlara təsəlli verib.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi