Amerika dəniz donanmasının internet portalı yazıb: İran aviadaşıyıcı gəmiləri istehsalı və emalı ilə hərbi qüdrətini Fars Körfəzinə tərəf yönəldib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, bu sayt İranın hətta ticarət gəmilərinin də dron və helicopter daşıyan gəmiyə çevirdiyini qeyd edərək yazır: SEPAH arsenalını genişləndirmək və təkmilləşdirmək məqsədilə son illər İranın bir çox biznes və yük gəmilərini hərbi aviadaşıyıcıya çevirib.
Assosiated Press yazır: Vaşinqtonun bir tədqiqatçı eksperti deyir ki, iranlılar Fars Körfəzi, Qırmızı Dəniz və Hind Ökeanının şimal sularına göz dikiblər.
ABŞ-ın bir siyasi təhlilçisi isə bu saytla müsahibəsində deyib: Beynəlxalq aduditoriya bu məsələyə başqa prizmadan baxmalı, İranın yük və biznes gəmilərini hərbi təchizat daşıyıcısına çevirərək fürsətdən necə istifadə etdiyini görməlidir.