ABŞ “Boz Qartal”ın ələ keçməsindən qorxur

QafqazTimes xəbər verir ki, Ukrayna şiddətli şəkildə Amerika istehsalı olan döyüş pilotsuz təyyarələrini, o cümlədən qabaqcıl texnologiyalara malik “Grey Eagle”- i (Boz Qartal) istəsə də, Pentaqon Rusiyanın bu pilotsuz uçan aparatı ələ keçirməklə bu tip qabaqcıl PUA-ların mühüm komponentlərini əldə edəcəyindən narahatdır.

“Politico” saytının çərşənbə sayında keçən bir yazıya görə, ukraynalılar bu tip pilotsuz təyyarələr əldə etməyə çalışırlar, lakin Kiyev qüvvələrinə güclü pilotsuz uçan aparat göndərmək qərarı narahatlıq doğuran səbəblərə görə təxirə salınıb. Bu PUA-nın daxilində olan həssas texnologiyalar Rusiyanın əlinə keçsə nə baş verəcək?

Məlumata görə, Bayden administrasiyası əvvəlcə pilotsuz uçan aparatın və onun daşıdığı avadanlığın Ukrayna hərbçiləri üçün çoxlu təlim və maddi-texniki çətinliklər yaradacağından narahat olub. Ancaq hazırda ən böyük narahatlıq odur ki, Rusiya bir və ya bir neçə belə pilotsuz təyyarəni ələ keçirməklə onun texnologiyalarını əldə edə bilər.

“General Atomics” şirkəti tərəfindən hazırlanan “Grey Eagle” PUA-sı 27 saatdan çox uça, 2500 dəniz mili qət edə və özüylə Hellfire raketlərini daşıya bilir.

Beynəlxalq silah ötürülməsi zamanı ABŞ-ın milli təhlükəsizlik ehtiyaclarının ödənilməsini təmin etmək vəzifəsi daşıyan Pentaqonun Müdafiə Texnologiyaları Təhlükəsizliyi İdarəsi hazırda “Grey Eagle” pilotsuz təyyarələrinin Ukraynaya göndərilməsinin risklərini qiymətləndirir.

Pentaqonun yüksək rütbəli rəsmisi deyib: “Pentaqonun yaşıl işıq yandıracağına dair heç bir zəmanət yoxdur və Pentaqonun yüksək rütbəli rəsmilərinin masasına hələ heç bir tövsiyə çatmayıb.”

Üç Pentaqon rəsmisi bildirib ki, “Grey Eagle”-in Ukraynaya göndərilməsinin məntiqli olması ilə bağlı yekun qərar müdafiə naziri Lloyd Ostinə aiddir, lakin onun qarşıda olan həftələrdə qərar verəcəyi gözlənilmir.

Related posts

Cəhənnəmin odunları

Nəsrullah: Düşmənə cavab vermək üçün konkret vaxt və məkandan danışmayacağam. Qəti xəbər sizin görəcəyiniz şeydir, eşidəcəyiniz deyil!

Pezeşkian: Bir olmadığımıza görə İsrail bu cinayətləri törətməyə cəsarət edir