ABŞ Bağdaddakı səfirliyinin boşaldılmasını təkzib edib

QafqazTimes xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Anadolu xəbər agentliyinə amerikalı işçilərin səfirliyi tərk etməyə başlaması ilə bağlı xəbərlərin yalan olduğunu bildirib.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra əlavə edib: “Dövlət işçilərinin, vətəndaşların və ABŞ obyektlərinin təhlükəsizliyinin təmin edilməsi bizim ən əsas prioritetimizdir.”

“Baghdad Times” bazar ertəsi axşam təcili xəbərdə bir neçə helikopterlə ABŞ səfirliyinin əməkdaşlarının Bağdadın Yaşıl Zonasından çıxarıldığını elan edərkən ABŞ Xarici İşlər Nazirliyinin təkzibi gündəmə gəlib.

Həmçinin bəzi sosial şəbəkələrdə Amerikanın Bağdaddakı səfirliyinə enən və qalxan helikopterlərin fotoları yayımlanıb.

Qeyd edək ki, ötən gün (bazar ertəsi) Müqtəda Sədrin İraqda siyasi fəaliyyətindən istefa verdiyinə dair bəyanatından sonra Sədr tərəfdarları Bağdadın Yaşıl Zonasında yerləşən prezident sarayına basqın ediblər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib