ABŞ Ərbildəki Mossad mərkəzinin hədəfə alındığını etiraf edib

QafqazTimes xəbər verir ki, Amerikanın “Washington Post” qəzetinin Louis Lovelock və Aleks Horton adlı müxbirləri İran İslam Respublikası İnqilab Keşikçiləri Qvardiyasının Ərbil şəhərinə raket hücumu ilə bağlı reportaj hazırlayıblar.

Bu reportajda qeyd olunur: “ABŞ rəsmisi iraqlı həmkarı ilə söhbətinə istinad edərək, görünür hədəflər Mossad mərkəzinin fəaliyyət göstərdiyi evlər olub, deyib.”

Bu Amerika qəzeti ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın müsahibəsinə istinadən yazıb: “ABŞ-ın heç bir obyekti və ya vətəndaşı xəsarət almayıb. Bizdə ABŞ-a qarşı hücumun həyata keçirildiyinə dair heç bir məlumat yoxdur.”

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan CBS News-a deyib: “Biz İranın bu hücumunu qınayırıq. Məqsədin nə olduğu barədə hələ də məlumat toplayırıq. Hazırda bildiyimizə görə, ABŞ-ın heç bir obyekti vurulmayıb və heç bir amerikalı xəsarət almayıb.”

Digər tərəfdən, işğal altındakı Fələstinin Likuid müxalifət partiyasının lideri Benyamin Netanyahu bir videomüraciətində dünya güclərini İran İslam Respublikasının ABŞ-ın Kürdüstandakı konsulluğunu raket atəşinə tutmasına baxmayaraq, İranla nüvə danışıqlarını davam etdirməsinə görə kəskin tənqid edib.

Related posts

Livan Hizbullahı işğal olunmuş Fələstini hədəfə aldı

Blinken: Tel Əvivə bomba tədarükü məsələsi araşdırılır

Aleksandr Polişko: İnqilab Rəhbərinin ABŞ tələbələrinə məktubu həqiqətlərin açıq bəyanıdır