ABŞ ən böyük hərbi yardım paketini Ukraynaya göndərir

QafqazTimes xəbər verir ki, “Associated Press”in məlumatına görə, ABŞ Ukraynaya Rusiyaya qarşı mübarizədə kömək etmək üçün ölkənin ən böyük hərbi yardım paketi barədə qanunu qəbul etdiyini açıqlayıb.

Co Bayden administrasiyası bir milyard dollar dəyərində olan bu hərbi silah yardımı paketinə ABŞ Müdafiə Nazirliyinin Ukraynaya göndərəcəyi raket, sursat və digər hərbi texnikanın daxil olduğunu açıqlayıb.

Bu silahlara “Himars” artilleriya raketləri, minlərlə artilleriya mərmisi, minaatan sistemləri və digər hərbi texnika daxildir.

Amerika rəsmiləri bildirirlər ki, Himars artilleriya raketləri Ukrayna hərbçilərinin Rusiya qüvvələrinin irəliləməsinin qarşısını almaqda əsas rol oynayacaq.

Bu yeni paketin təsdiqi ilə ABŞ-ın Ukraynaya ümumi hərbi və maliyyə yardımı 9 milyard dollara çatacaq.

Yeni paketin ABŞ Müdafiə Nazirliyinin silah ehtiyatları bazasından birbaşa şəkildə daşınmasına görə bu yardım paketinin ABŞ-ın əvvəlki hərbi yardımından daha tez Ukraynaya çatdırılacağı xəbər verilir.

Related posts

Franklin: Yəhudilər…

Senders: İsrailin bütün qanunları pozduğu göz qarşısındadır

Yəhudilər…