ABŞ Ədliyyə Nazirliyi söz azadlığının əleyhinə olaraq müqavimət saytlarını blokladı

Qafqaztimes xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi çərşənbə axşamı günü İmam Hüseynin (ə) hərəminə bağlı olan Kərbəla telekanalının saytını bloklayıb.

Bu telekanal, İmam Hüseynin (ə) hərəmində keçirilən mərasimləri canlı olaraq yayımlayır.

ABŞ hökuməti, İraqın “Dəvət” partiyasına bağlı Afaq peyk kanalının veb saytını da sıradan çıxarıb.

Asiya peyk telekanalının veb saytı da ABŞ hökuməti tərəfindən bloklanıb.

ABŞ hökuməti ayrıca İraqın təqlid mərcələrindən olan  Ayətullah Əl-Yaqubiyə bağlı Əl-Nəim peyk telekanalının veb saytını da qeyri fəal etmişdir.

Çərşənbə axşamı, Əl-Aləm, Əl-Məsira və Press TV də daxil olmaqla müqavimət hərəkatına aid bir neçə medianın veb saytında ABŞ hökumətinin bu saytları qadağan etdiyini göstərən bir şəkil yerləşdirildi.

Araşdırmalar göstərir ki, Əl-Aləm, Əl-Məsira və Press TV veb saytlarından əlavə, İraqdakı Əl-Məlumah veb saytı  da daxil olmaqla müqavimət hərəkatına aid bir neçə veb sayt da bloklanmış ola bilər.

Related posts

Qəzza onun kompası kimi, Yəmən dəniz müharibəsinin qaydalarını yenidən yazır

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib