9-cu mərtəbədən yıxılan məktəbli sağ qalıb – FOTO

Rusiyanın Voronej şəhərindən olan 14 yaşlı məktəbli qız 9-cu mərtəbədən yıxılaraq sağ qalıb.

Məlumata görə, o, huşsuz vəziyyətdə və çoxsaylı xəsarətlərlə hündürmərtəbəli binanın pəncərələri altında tapılıb. Məlumdur ki, məktəbli kifayət qədər qapalı həyat tərzi keçirib və yalnız özündən bir yaş böyük olan oğlanla yaxından ünsiyyətdə olub. Qızın valideynləri boşanıb.

Keçən ilin noyabrında qızın dayaq-hərəkət sistemində problemlər yaranıb. O, axsamağa başlayıb. Baş çəkdiyi həkimlər problemin psixosomatik olduğunu bildirsələr də, rəsmi diaqnoz qoymayıblar.

Zərərçəkənin dostu bildirib ki, məktəbli son günlərdə özünü pis hiss etdiyindən şikayət edib.

Hazırda xəstəxanaya yerləşdirilən qızın vəziyyəti ağırdır.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi