87 yaşlı qadın oğlu tərəfindən quyuya atılıb?- İDDİA – VİDEO

Fövqəladə Hallar Nazirliyi Lənkəran rayonunun Tütəpeştə kəndində su quyusuna düşən şəxsin xilas edilməsinin görüntülərini paylaşıb.

Məlumatda qeyd olunub ki, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri 1936-ci il təvəllüdlü A.Cahangirovanı dərinliyi təqribən 6-7 metr olan su quyusundan çıxarıblar.

87 yaşlı Arifə Cahangirovanın qızları Kamilə Kazımova və Əsabə Yusubova iddia edirlər ki, analarını quyuya qardaşı Rza Qurbanov və onun ailəsi atıb.

Onlar bildiriblər ki, qadının gözləri görmür, quyunun üstü də bağlı olur. Quyu evdən aralıda yerləşir.

Rza Qurbanov bacılarının iddialarını əsassız sayır. R.Qurbanov bildirib ki, o və ailəsi anasına necə lazımdır qulluq edir. Anasının gözləri görür, amma eşitmə qabiliyyəti zəifdir. Hadisə baş verən zaman o və ailəsi işdə olub. Anası A. Cahangirovanın quyuya düşməsini də yaxınları tərəfindən eşidib. Hətta anasının quyudan çıxarılmasına cəhd edib. Bacarmadığından aidiyyəti orqanlara məlumat verib.

Qeyd edək ki, qadının qəsdən quyuya atılmağı ilə bağlı polisə hər hansı müraciət daxil olmayıb.

Hadisənin dəqiq səbəbi hüqüq-mühafizə orqanları tərəfindən araşdırılır.

Related posts

Pezeşkian Azərbaycan xalqına başsağlığı verdi

Pezeşkian: Siz bizim qardaşlarımızsınız

ABŞ-ın proksisi İsrail, İsrailin proksisi Azərbaycan… – Video

2 şərhlər

промокод на бонус Pokerdom İyun 8, 2023 - 4:26 axşam

Покердом промокод при регистрации http://bezprovodoff.com/news/promokod_pokerdom_2.html

Add Comment