84 il eyni şirkətdə işlədi- Uzunömürlülüyün sirrini açıqladı – FOTO

Braziliyanın cənubundakı Brusk şəhərində yaşayan 100 yaşlı Volter Ortman 84 il eyni şirkətdə çalışaraq rekord qırıb.
Bununla bağlı açıqlama verən Ortman, insanlara sevdikləri işlə məşğul olmağı və zərərli yeməklərdən uzaq durmağı məsləhət görüb.
Ortmann işinə hazırda “RenauxView” kimi tanınan parça istehsal edən bir şirkətin fabrikində başlayıb. Tezliklə o, idarəetmə sahəsinə keçib və sonda satış meneceri olub.

Uzunömürlülük sirrini bölüşən Ortman qidalanma rejimi barədə də danışıb: 
“Mən həqiqətən duz və şəkərdən qaçıram. Bağırsağıma zərər verən şeylərdən, kola və digər qazlı içkilərdən uzağam. Mən yalnız məni yaxşı hiss etdirən məhsulları istehlak edirəm. Bu, həqiqətən də vücudunuzun həmişə güclü olmasına kömək edir”.

Related posts

Aşura mərasiminin keçirilməsi üçün Kərbəlada 12 milyondan çox zəvvar iştirak edib

Türkiyənin şərqə yönəlmiş siyasəti Qərbin maraqlarına necə xidmət edir

Aşura Gününün Təhrif Edilməsi: 2025-ci ildə Yanlış Tarix, Mediada Sürü Psixologiyası və İmam Hüseynin Qiyamının Həqiqi Məğzi