Şəhidlərimizin adı bəlli oldu – FOTO

Ermənistan ordusunun genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunlarının tabeçiliyində olan “Komando” birliyinin hərbçisi, Naxçıvanın Kəngərli rayonu, Qıvraq qəsəbə sakini, 1994-cü il təvəllüd Fərid Kəmaləddin oğlu Mehbalıyevin, Qəbələ rayonu, Mıxlıqovaq kəndindən olan MAXE Babazadə Elşən Sahib Oğlunun, kapitan Saleh Qurbanovun, Naxçıvanın Şərur rayon Yengicə kənd sakini, 1997-ci il təvəllüd hərbçi Əli Cavad oğlu Əliyevin, Qazax rayonu Daşsalahlı kənd sakini, Gizir Kərimov Azad Zakir oğlunun və Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Sadıqov Şəmistanın şəhid olduğu bildirilir. 

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Fərid Kəmaləddin oğlu Mehbalıyevin Milli Məclisin deputatı, Həmkarlar ittifaqının sədri Səttar Möhbalıyevin əmisi nəvəsi olduğu bildirilir.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Related posts

Bakının mərkəzində qeyri-adi qəza: Maşın mağazaya girdi – VİDEO

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

Viza düzəltmək adı ilə 200-dən çox şəxsi aldadan qadın həbs edildi – FOTO