53 yaşında dünyanın ən hündür zirvəsinə 27-ci dəfə çıxdı: Rekord qırdı – FOTO

Tanınmış nepallı alpinist Kami Rita dünyanın ən yüksək zirvəsi Everestə (8848) 27-ci dəfə qalxaraq dünya rekordunu qırıb.

Məlumata görə, o, ilk dəfə 1994-cü ildə Everesti fəth edib. 53 yaşlı alpinist o vaxtdan bəri daha 26 dəfə dağa çıxıb.

O, həmçinin 8000 m-dən yuxarı zirvələrə ən çox qalxma rekorduna sahibdir.

K.Rita səkkiz dəfə Ço Oyu dağına (8201 m), 3 dəfə Manasluya (8163 m), həmçinin hər biri bir dəfə K2 (Çoqori, 8614 m) və Lhotseyə (8516 m) çıxıb.

Related posts

Boynuna taxılan kamera ilə pişiyin birgünlük həyatı görüntüləndi – VİDEO

Relsdən çıxan yük qatarı alovlara büründü – FOTO/VİDEO

Arvadı ilə ayrılmasına səbəb olan şəxsi hər kəsin gözü qarşısında güllələdi – VİDEO