48 yaşında diplom alaraq general və nazir müavini olan sürücü KİMDİR?/FOTO

Vəzifəsindən kənarlaşdırılan Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Nizami Məmmədov 48 yaşında diplom alıbmış.

Bu barədə general-leytenantın tərcümeyi-halında qeyd edilib.

Nazim Məmmədov 1951-ci ildə anadan olub. 1999-cu ildə isə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 1999-cu ildə general-leytenantın 48 yaşı olub. Onun bundan əvvəl hansısa ali məktəbi bitirməsi barədə tərcümeyi-halında hər hansı qeyd yoxdur. Bildirək ki, “Təfəkkür” Universitetinin dilomları qanunla tanınmayıb. Bu şəxs necə ola blər ki, tanınmayan universitet diplomu ilə general olub.!? həmçinin bildirək ki, bu gün də saxta diplomlarla həm Dövlət Gömrük Komitəsində həm də FHN-də onlarla vəzifəli şəxsər var.

Əslində Nazim Məmmədov adı çəkilən universiteti 1999-cu ildə bitirməsinə baxmayaraq, 1995-ci ildən Dövlət Gömrük Komitəsində çalışıb. Həmin vaxt qurumun sədri indiki Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov olub. Deyə bilərik ki, həmin illərdə K. Heydərov özü də ali təhsil almaqda idi.

Bütün bunlardan sonra 2007-ci ildə isə Nazim Məmmədov DGK sədrinin müavini təyin olub və general-leytenant rütbəsi alıb.

Mediada gedən məlumatlara görə, Nazim Məmmədov vaxtilə Kəmaləddin Heydərovun sürücüsü olub. Onun baytarlıq işçisi olduğu barədə məlumatlar da var. Bütün bunlara rəğmən Heydərov illərlə sadiq sürücüsünü general edərək müavin postuna qədər yüksəldə bilib.

Qeyd edək ki, Nazim Məmmədovun işdən çıxarılması barədə xəbəri Qaynarinfo yayıb.

Related posts

İsraillə dostluq baha başa gəlir

Neftçalada üzərində güllə izi olan insan sümüyü tapıldı – FOTO

ABŞ- Narkomanların idarə etdiyi dövlət: Kapitoli binasında kokain tapıldı – FOTO