3 il öncəki yalan “New York Times” tərəfindən yenidən gündəmə gəldi

Şayiədən reallığa:

QafqazTimes xəbər verir ki, 2018-ci ildə Sərdar Əli Nəsirinin İslam İnqilabı Keşikçiləri Korpusunun Mühafizə Komandanlığından vidalaşmasından sonra əksinqilab kanallarında və düşmən mediasında bu SEPAH komandirinin başqa ölkəyə sığınması, qaçması və ya həbsi ilə bağlı şayiələr yayılmağa başladı.

Lakin bu iddiadan sonra Sərdar Nəsiri Sərdar Salaminin vəzifəyə başlama mərasimində iştirak etdi.

Bu yaxınlarda, Höccətül-İslam Hüseyn Taib təxminən 13 ildən sonra SEPAH-ın Kəşfiyyat orqanından ayrıldıqdan və Sərdar Məhəmməd Kaziminin onu əvəz etməsindən sonra “New York Times” qəzeti yenidən Sərdar Əli Nəsirinin Sionist Kəşfiyyat Xidməti (Mossad) ilə əməkdaşlıqda ittiham edilərək həbs edildiyini iddia etdi.

Bununla bağlı Sərdar Nəsiri ötən gün “Hawzah” xəbər agentliyinə verdiyi müsahibədə deyib: “Təəssüf ki, düşmənlər və ya inqilaba, SEPAHA-a nifrət bəsləyənlər tərəfindən casusluq cinayətinə görə mənim həbs edilməyim barədə şayiələr yayılır. Vilayəti-fəqih məktəbinin kiçik bir əsgəri olaraq SEPAH qüvvələrinə qatıldığım gündən bu müqəddəs məkanda və qurumda xidmət formasını geyinmək mənim üçün iftixar olub.”

O, həmçinin əlavə edib: “Bildiyiniz kimi, mən hələ də öz fəaliyyətimi davam etdirirəm və yerli və xarici mediyalarda hansısa formada dilə gətirilən, müzakirə olunan bu söz-söhbətlər şayiədən başqa bir şey deyildir.”

Related posts

Fatimeyi-Zəhranın (s) davamçısı olmaq

Yəmən Amerikanın F-18 qırıcısını vurdu. Amerika-İngiltərə qüvvələri geri çəkilməyə məcbur oldu

Amerika və İsrailin Yəmənin qarşısında aciz qalmasının sirri