3 ay öncə ailə qurmuş 20 yaşlı qadın müəmmalı şəkildə öldü – FOTOLAR

Qaxda gənc qadın müəmmalı şəkildə vəfat edib.

Ölüm hadisəsi rayonun Lələpaşa kəndində qeydə alınıb.

Üç ay öncə həmin kəndə gəlin gəlmiş rayonun Ləkit kənd sakini, 2001-ci il təvəllüdlü Əliyeva Aytən Həsil qızının qəfildən halı pisləşib.

Yaxınları təcili tibbi yardım maşını ilə onu xəstəxanaya çatdırmaq istəsələr də, Aytən Əliyeva yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Related posts

Suriya bu həftə Türkiyə vasitəsilə Azərbaycan qazını almağa başlayacaq

Suriyalı və israilli nazirlər cümə axşamı Bakıda görüşəcək

İran tərəddüd edərkən, Azərbaycan və İsrail irəliləyir