Ənsarullah və Yəmənin xarici işlər naziri İran səfirinin şəhadəti ilə bağlı başsağlığı verib

Qafqaztimes xəbər verir ki, Ənsarullah informasiya mərkəzinin məlumatına görə çərşənbə axşamı Yəmənin Ənsarullah hərəkatının sözçüsü və Yəmən Milli Qurtuluş Hökumətinin baş müzakirəçisi Məhəmməd Əbdül Salam İran İslam Respublikasının Sənadakı səfiri Həsən İrlunun şəhadəti ilə bağlı başsağlığı verib.

O, twitter səhifəsində yazıb: “İran hökuməti və xalqına, eləcə də İranın Yəməndəki səfirinin ailəsinə səmimi başsağlığı veririk”.

Yəmənin Milli Qurtuluş Hökumətinin xarici işlər naziri Hişam Şərəf də başsağlığı mesajında ​​yazıb: “İran İslam Respublikasının ölkəmizdəki səfirinin şəhadəti ilə bağlı İran rəhbərliyi və xalqına başsağlığı veririk. Onun şəhid olmasına görə çox təəssüflənirəm.”

O, əlavə edib: “Şəhid İrlu bizim səsimizi və bizə olunan zülmləri dünyaya çatdırmaqda fəal və təsirli rola malik idi və biz ona xidmətlərinə və diplomatik yolla Yəmənə təqdim etdiyi yardımlarına görə minnətdarıq.”

Eyni zamanda, Səna hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzi də öz twitter səhifəsində yazıb: “Biz uğurlu və unikal diplomatiya nümunəsi olan əziz dostumuzu itirdik. İran hökumətinə və xalqına, eləcə də şəhid Həsən İrlunun ailəsinə başsağlığı verirəm.”

Related posts

ABŞ beynəlxalq məhkəməni hədələyir!

Yəhudilər qaçır!

Qəzza…