Silah istehsalı zavodunda partlayış – İsraildə

İşğal olunmuş torpaqlarda yerləşən Rafael müasir silahların istehsalı zavodunda güclü partlayış baş verib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Həyfa ərazisində yerləşən bu zavoddan güclü partlayış səsi eşidilib.

Fələstin KİV-ləri sionist medialarına istinadən partlayış dünən (24 iyul) baş verib.

Hadisənin təfərrüatı barədə heç bir məlumat verilməyib.

Ekspertlərin fikrincə bu partlayış sionist rejim nazirlər kabinetinə olan etirazların hərbi çevrilişlə nəticələnmə ehtimalını nəzərə alaraq yaxşı əlamət hesab olunmur.

Livan mediaları Həyfa şəhər sakinlərinin bir neçə partlayış səsini eşitdikləri, hər tərəfi tüstü bürüdüyünü dediklərindən xəbər verib.

Qeyd edək ki, Rafael İsrail silah istehsalçısı və dörd ən böyük İsrail silah ixracatçısından biridir. İsrail silah sənayesinin aparıcı 6 şirkəti (İsrail hərbi sənayesini “Aeronautics Defence Systems”, “Elbit Systems”, Israel Military Industries (IMI), Israel Aerospace Industries (IAI), Israel Weapon Industries (IWI) və “Rafael” şirkətləri)  IMI Systems şirkəti sırasına daxildir.

Related posts

Sionist rejimin Rəfəhə hücumuna beynəlxalq reaksiyalar

İsrail Həmasa təklif paketinin mətnini dərc edib

Smotriç Netanyahu və digər Gallantın istefasını tələb edir