240 manata görə döyüldü, təhdid edildi: “Qulağını kəsərəm” (Video izlə)

Azərbaycanda gənc oğlan borca görə döyülüb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, bir nəfər digər şəxsdən 240 manat civarında olan borcunun geri qaytarılmasını tələb edib.

Pulu verən şəxs borcu qaytara bilməyəni döyərək təhqir edib. Hətta qulağını kəsəcəyi təhdidini dilə gətirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə bağlı bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır:

“Sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdarıq. Araşdırma aparılır. Əlavə məlumat veriləcək”.

Həmin görüntüləri təqdim edirik:

Related posts

Azyaşlı ölümdən son anda xilas oldu – ANBAAN VİDEO

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO

Azərbaycan və İran generallarının görüşü baş tutub – FOTO