169 günlük aclıq aksiyasından sonra fələstinli əsirin ürəkağrıdan görüntüləri + Foto

QafqazTimes xəbər verir ki, Fələstinli əsir Xəlil Əvavədə sionist həbsxanasında müvəqqəti saxlanmasına etiraz olaraq 169-cu gündür ki, aclıq aksiyasına davam edir.

Sionist rejimin işğalçı qüvvələri 2021-ci ilin dekabrında Xəlil Əvavədəni heç bir ittiham irəli sürmədən həbs ediblər. O, əvvəllər də bir neçə dəfə sionist qüvvələr tərəfindən həbs edilib.

Sionist rejimin Ali Məhkəməsi cümə günü axşam aclıq aksiyası keçirən fələstinli əsir Xəlil Məhəmməd Əvavədənin inzibati həbsinin dayandırılması ilə bağlı təcili qərar verib.

Bu arada Fələstinli Əsirlərin İşi Üzrə Komitənin rəhbəri deyib: “Biz Xəlil Əvavədənin inzibati həbsinin dayandırılması qərarına şübhə ilə yanaşırıq. Bu, onun həbsinin dayandırılması demək deyil.”

Xəlil Əvavədənin vəkili isə bildirib ki, Əvavədə aclıq aksiyasını dayandırmayacaq, çünki o, həbsinin müvəqqəti dayandırılmasını deyil, azad edilməsini tələb edir.

Related posts

Sənanı sındırmaq: ABŞ-İsrailin Yəmənə qarşı kiber müharibəsi

Lavrov Suriya prezidentini Rusiya–Ərəb sammitində iştirak etməyə dəvət edib

“Müharibəyə görə kompensasiya və təhlükəsizlik zəmanətləri”: İran ABŞ-la nüvə danışıqları üçün şərtlər qoyur