16 yaşlı məktəbli özünün və 13 yaşlı qızın həyatına son qoydu – FOTO

Gəncədə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə şəhərin Cavadbəy Rəfibəyli küçəsində qeydə alınıb.
İlkin məlumata görə, idarəetməni itirən 2005-ci il təvəllüdlü sürücü Əlizadə Numan Namiq oğlu ilk olaraq 13 yaşlı İbrahimova Nazlı Elşad qızını vurub və daha sonra ağaca çırpılıb.
Zərbənin təsirindən məktəbli qız hadisə yerində, 11-ci sinif şagirdi olan sürücü isə xəstəxanaya aparılarkən dünyasını dəyişib.
Qəza nəticəsində Əlizadə Numanın avotmobilində olan 2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu, həmyaşıdı Bayramov İlkin və 2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu isə yaralanıblar. 

Related posts

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

Kriminal “Cümü”yə 18 il həbs verildi – FOTO

Azərbaycanda dəhşətli hadisə: Meyiti yük maşınına qoydular – FOTO/VİDEO